Müğənni Eldəniz Məmmədov estrada müğənnilərinin geyimlərini tənqid edib.
“Birə-bir” verilişinə qonaq olan ifaçı, xanım sənətçilərin açıq-saçıq geyindiyini bildirib:
“Milli mentaliteti geyimlərdə də qorumalıyıq. Abırlı geyinmək laızmdı. Açıq-saçıq olmaz. Efirlərdə tərbiyəsiz formada geyinirlər. Aşırı olmaz, azərbaycanlı olmağımızı qorumalıyıq. Demirəm estrada müğənnisi xanəndə kimi geyinsin. Var bəzi geyimlər ki, olmaz. Bizim estrada müğənniləri var ki – Tünzalə Ağayeva, Natavan Həbibi yaxşı geyinir. Yeni gələnlər xoşagəlməyən geyimlərdədirlər”.
Müğənni həmkarı Səidə Sultanın geyim tərzi haqqında isə bunları deyib: “Köhnə müğənnilərdəndir, yeni deyil. Çox açıq geyinir”.