“2014-cü ildə dünyaca məşhur həkimin yanına Türkiyəyə getdim ki, əməliyyat etdirmək istəyirəm. Çətin bir əməliyyata qərar verdik. Elə oldu ki, razılaşdıq, əməliyyat günü təyin olundu və əməliyyata getdim. Əməliyyat uzun çəkdi, bitəndən sonra çıxdım və 1 həftə sonra evə yazdılar. Hər şey o zaman başladı”.
Hokm.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova “Həmin Zaur” proqramında deyib. Müğənni keçirdiyi ağır plastik əməliyyatdan danışıb:
“Özümü pis hiss etməyə başladım və qanaxmam oldu. Yeriyə bilmirdim, xəstəxanaya apardılar. Həkim məni görəndən sonra tez əməliyyata saldı. Ard-arda bir neçə dəfə əməliyyat olundum. Elə bir haldaydım ki, düşündüm daha vətənimə geri dönməyəcəm, qızımı görə bilməyəcəm. Özlüyümdə artıq hər kəslə vidalaşmışdım, amma heç kimə bu haqda söyləmirdim. Orada da hamı əlini məndən üzmüşdü. Çox ağır günlər keçirdim. 20-25 gün xəstəxanada qaldım. Bədən şəkilləndirmə əməliyyatı idi. Sonra bir möcüzə oldu və mən Bakıya gəldim. 1 ilə yaxın ev şəraitində qaldım. Yeriyə, hərəkət edə bilmirdim. Ancaq evdə yatırdım. Həmin anlarda şou-biznesdə olan insanlar artıq məni basdırmışdılar. Düşündülər ki, artıq Aygün yoxdur.
Həmin problemlə “Kristal hal” konsertimi etdim. Çox çətin idi. Bakıda həkim tapdım və onun yanına getdim”.Axşam.az