Müğənni Dilarə Kazımova şəhərdə olan evini satıb.
Hokm.az xəbər verir ki, illərdir mənzilini təmir etdirə bilməyən sənətçi çıxış yolunu bunda gördüyünü bildirib. Bu haqda “Gün ortası” proqramında danışan Dilarə şəhərdən köçdüyünü açıqlayıb:
“Hər zaman deyirdim ki, evimi təmir etdirə bilmirəm. Əlimdə pul olanda deyirəm, bu layihəni də edim sonra evi düzəltdirim. Beləcə, vaxt uzandı. Çox böyük ev idi, satdım, Mərdəkandan yenisini aldım. İndi şəhərdən kənarda yaşayıram”.Axşam.az