Əməkdar artist Dilarə Əliyeva ARB TV-dən ayrılıb.
Axşam.az-ın əldə etdiyi məlumata görə, aktrisanın aparıcılıq etdiyi “Söhbət var” verilişi artıq sözügedən kanalda yayımlanmayacaq.
D.Əliyeva öz istəyi ilə telekanalla yollarını ayırıb. Əldə etdiyimiz digər bir məlumata görə, o, fəaliyyətini “Xəzər TV”də davam etdirəcək.