Əməkdar artist Dilarə Əliyeva ARB TV-dən getmə səbəbi məlum olub.
Hokm.az OLAY-a istinadən xəbər verir ki, aparıcının bu cür addımı atmağı yaxın günlərdə kanalda transfer olunan və ARB-nin yaradıcılıq məsələləri üzrə müşaviri təyin olunan Xoşqədəm Hidayətqızı ilə bağlıdır.
Belə ki, D. Əliyeva Xoşqədəm Hidayətqızının rəhbərliyi altından çalışmayacağını bildirib və kanaldan ayrılıb. O, bundan sonra fəalliyətini Xəzər TV-də davam etdirəcək.
Aparıcı OLAY-a ARB TV-dən getmə xəbərini təsdiqləyib.
Qeyd edək ki, Əməkdar artistin ARB-dən ayrılıb “Xəzər”ə getmə xəbərini ilk dəfə axsam.az saytı yazıb.