Türkiyənin pop ulduzu Demet Akalın “Eurovision 2021” təmsilçimiz Samirə Əfəndi ilə duet oxumaq arzusundadır.
Hokm.az xəbər verir ki, bu barədə aparıcı Samir Bayramlı “10-da görüşək” proqramında məlumat verib. Qeyd olunub ki, D.Akalın tərəfindən irəli sürülən təklifi Samirə Əfəndi böyük məmnuniyyətlə qəbul edib.
Xatırladaq ki, Demet Akalın “Eurovision 2021” müddətində Əfəndiyə dəfələrlə dəstək olub, Avropada yaşayan türklərdən iştirakçıya səs istəyib.publika.az