Demet Akalın qızını məktəbə göndərməyəcəkbackend

Demet Akalın qızını məktəbə göndərməyəcək

Müğənni Demet Akalın koronavirusa görə qızı Hiranı məktəbə göndərməyəcək.

Hokm.az xəbər verir ki, o, qızının onlayn təhsil almasını da istəmir. Demet düşünür ki, onlayn təhsil yetərsizdir.

Buna görə də müğənni sığortalı və maaşlı müəllim tutduğunu bildirib. Akalın “Yaşadığım kompleksdə bütün qonşular yığışıb müəllim tutacaqdıq, amma çoxu köçdü. Mən də maaşla müəllim tutmalı oldum. Hazırda şikayətim yoxdur, amma gələcəkdə nə düşünəcəm bilmirəm” deyə, söyləyib.

  •  (0)
  •  (2)