Müğənni Günel Zeynalovanın yeni görünüşünü tənqid edən izləyicilərinə cavab verib.
Hokm.Az axşam.az-a istinadən bildirir ki, sarı saçlarına görə mənfi rəylər alan sənətçi sosial şəbəkədə izləyicilərinə bunları yazıb:
“Deyəsən mənim qüsurlarım çox dəyərlidir. Millət öz qüsurlarından çox, mənim qüsurlarımla maraqlanır. İçinizdən gəldiyi üçün yox, işinizə gəldiyi üçün dəyər verirsiniz. Məncə, dayanmayın, rədd olun. İşinizə gəldiyi kimi insansınız”.
Günel tənqidlərin qarşısını almaq üçün şərh bölümünü də bağlamağa üstünlük verib.