“Heç özüm də bilmirəm necəyəm. Yalandan deyim, yaxşıyam? Yaxşı deyiləm, depressiyadayam”.
Hokm.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abasov “Günün sədası proqramında deyib. Sənətçi son günlər evə qapandığını, depressiyaya düşdüyünü söyləyib:
“Çox pis an yaşayıram. Evə qapanmışam, evdən küçəyə çıxmıram. Ona görə də kimdənsə, “necəsən” sözünü soruşmaq istəmirəm. Yüküm o qədər çoxdur ki, başqasının ağrısını eşitmək istəmirəm. Gülürəm ki, guya hər şey yaxşıdır. Amma yaxşı deyil. İstəyərəm Azərbaycandan bir illik gedim. Bütün neqativi burada qoyum, çıxım gedim. Vallah getmək istəyirəm. Evdə deyirəm ki, bir də görəcəksiniz yığdım əşyalarımı getdim”.Axşam.az