Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynli (Coni) Qarabağın işğaldan azad olunması münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Hokm.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə ifaçı “Instagram” hesabında paylaşım edib:
“10-12 noyabr Azərbaycan tarixinə düşən gündür. Öncə, şəhidlərimizin və onların analarının qarşısında baş əyirəm.
Siz Azərbaycanın qəhrəmanısınız! Şəhidlər ölməz, Vətən bölünməz! 30 illik həsrət bitdi. Qarabağ Azərbaycandır!”