Türkiyəli məşhur aktrisa Nurgül Yeşilçay “İbrahim Selim ilə bu gecə” proqramında izləyiciləri üçün maraqlı olan sualları cavablandırıb.
“Aktrisalıq oxumaq istəyirdim. Ailəm aktrisa olmağımı istəmirdi. Evdən qaçdım”, – deyə o bildirib.
Yeşilçay qeyd edib ki, botoks etdirdiyini gizlədir:
“Botoks elətdirdiyimi heç kimə demirəm. Çünki “etmə” deyəcəklər… Söhbət uzanacaq”.
O, eyni zamanda, botoks etdirdiyi üçün peşman olduğunu da vurğulayıb.
Aktrisa onu da əlavə edib ki, əvvəllər sevdiyim biri haqsızlığa məruz qalırdısa onun üçün mübarizə aparırdım.
“Artıq heç nə etmirəm. Çünki adamı ilk o satır”, deyə Yeşilçay gileylənib.