Məşhur aktyor Burak Dənizin atası ötən həftə infarkt səbəbi ilə dünyasını dəyişib. Lakin aktyor atasının cənazə mərasiminə qatılmayıb. Bu isə izləyiciləri bir qədər şübhələndirib. Onlar Burak ilə atasının arasında problemlərin olduğuna dair fikirlər irəli sürüblər.
Hokm.az big.az-a istinadən xəbər verir ki, ötən gün görüntülənən Burak Dəniz bununla bağlı açıqlama verib.
O, atası ilə heç bir probleminin olmadığını, sadəcə, zaman problemi səbəbi ilə dəfn mərasimində iştirak edə bilmədiyini deyib. Həmçinin o, atası ilə sonradan vidalaşdığını da əlavə edib.