Müğənni Niyam Salaminin Novxanıda yerləşən restoranının yaxınlığında yaşayan sakinlər onu polisə şikayət edib.
Hokm.az Axşam.az-a istnadən xəbər verir ki, bu haqda ifaçı özü məlumat verib. O bildirib ki, qonşular haqsız yerə ondan ərizə yazıblar:
“Qonşular mənə problem açıb. Xaricdə turizm sahələri görürük, səhərdən axşama qədər musiqi olur. Antalyada, Alanyada bunlar var. Novxanı da dəniz kənarı, istirahət ərazisidir. Burada evlər olsa da, hər şey qayda-qanunladır. Tüstüyə qədər, səsin ölçü vahidi belə qanuna uyğundur. Saat 8-də başlayıb, 11-də işi bitirirəm. Əgər 12-dən sonra baş ağrıdan nəsə etsəm, qonşular narahat olar. Götürüb kimsə sənə bir kağıza qol çəkdirirsə… Bunları bilən adamıq, əziz qonşularım, mənim yerimdə olun. 40 nəfərə çörək verməkdə vasitəçi olun. Qayda-qanun var, mənim üçün önəmlisi odur. Dövlət başçısının qoyduğu qaydalardan kim çıxa bilər? Mən niyə qaydaları pozum? Qonşular, sabah siz məclis edəndə müğənni yada düşür. Gəlin bir-birimizlə yola gedək, bir olaq”.
Qeyd edək ki, bundan əvvəl sənətçinin işlətdiyi iki restoranda qanunsuz toy keçirildiyi üçün o, cərimələnmişdi. Niyam 5001 manat cərimə ödəmişdi.