Özünü Mübariz Mənsimovun köməkçisi, ailəsinin ən yaxın adamı, Türkiyədə sayılan-seçilən kanalın rəhbəri kimi təqdim edən azərbaycanlı Sahil İmanov haqda danışacam. Adam Mübariz Mənsimovun ailəsinin ətrafında dolanıb. Mənə də dəfələrlə zəng edib, nələrsə soruşub. Əlimdən gələn paylaşımı etmişəm. Bu adama görə yox, Mübariz Mənsimovun xatirinə etmişəm.
Hokm.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam sosial şəbəkədə paylaşdığı videoda deyib. Sənətçi ona qarşı dələduzluq edən şəxsdən danışıb:
“Sahil İmanov Azərbaycanda olan tanınmış insanları aldadıb, pulunu mənimsəyir. Birinə deyir sənə sosial şəbəkədə mavi işarəni alacam, birinə deyir “Youtube”da hər şey mənlikdir. Ondan soruşanda filan işi kim edir, qayıdır ki, mən edirəm də onu. Bu cür məşhurları aldadır. Biri mən özüm. Yaxınımı da aldadıb pulunu mənimsəyib. Buna görə də paylaşım edirəm. Mübariz Mənsimovun işçisidirsə, bir ölçü götürülsün. Onun özünə də dedim ki, bir çox yalanlar etmisən, mənə bulaşma. Yazdı ki, üzr istəyirəm, yaxınınızın ödəməsin qaytaracam. Sözünün üstündə dayanmadı. Bu video ona görə lazım idi ki, sən bir də heç kimi aldatmayasan”.