Muğam ifaçısı Aytən Məhərrəmova ikinci dəfə ailə həyatı qurub.
Hokm.az Lent.az-a istinadən xəbər verir ki, xeyli arıqlayan ifaçı “Hüseynova bacıları” verilişində bildirib ki, pandemiya vaxtı nikaha girib:
“Kilolu qadınlara demək istəyirəm ki, mən köklüyümü bəyənmədiyim üçün arıqlamamışam. Kök olanda özümü daha gözəl hesab edirdim. Sağlamlıq üçün arıqladım. Pandemiya vaxtında ailə qurdum. Yoldaşım da hər gün dava edir ki, niyə arıqlayırsan? Arıqlamağım ona pis təsir edir”.