“Oğlum xoşbəxtdirsə, xoşbəxt olsun. Mənə deyirlər ki, Aynur, oğlun üçün darıxmırsan? Yox, darıxmıram”.
Hokm.az yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova ARB telekanalında yayımlanan “Sözbaz” verilişində qonaq olarkən gedib.
Boşanan ifaçı 16 yaşlı oğlu ilə heç bir ünsiyyəti olmadığını bildirib:
“Darıxanda darıxıram, övladdır, istəyərəm yanımda olsun. Ünsiyyətimiz yoxdur, nə yalan deyim. Bacısı ilə ünsiyyətləri var, danışırlar, görüşürlər. Oğlum özü istəmir danışmaq, ya qoymurlar bilmirəm. Özünə necə xoşdursa elə etsin. Anası onu çox istəyir, o mənim ürəyimin parasıdır, aldığım nəfəsdir, canım, balamdır. O elə xoşbəxtdirsə, mən də xoşbəxtəm”.