“Birinci dəfə toya gedirdim…” – Gülay Zeynallı yaşadığı çətinliklərdən danışdıbackend

“Birinci dəfə toya gedirdim…” – Gülay Zeynallı yaşadığı çətinliklərdən danışdı

Müğənni Gülay Zeynallı “Günün sədası” verlişində qonaq olarkən sənət yolunun başlanğıcından danışıb.

Hokm.az sherg.az-a istinadən xəbər verir ki, sənətçi ilk dəfə 11 yaşında dövlət tədbiri üçün Fransaya getdiyini söyləyib:

“Sonra işləməyə başladım. Bülbül adına orta ixtisas musiqi məktəbində 8-ci sinifdə oxuyurdum. Birinci dəfə toya gedirdim, gecikdiyim üçün axırıncı dərsdən qaçdım. Məktəbin pilləkənləri də köhnə idi, ona görə oradan üzü aşağı yıxıldım. Toya çatanda gördüm ayağım qanayır. Həmin şənlikdən o zamanın pulu ilə 4 şirvan qonorar aldım. Mən pulumu həmişə ailəm üçün xərcləmişəm. Anam toylara mənimlə gəlirdi. Stabil qiymət 4 şirvan idi, artıq qazananda anamla evə taksi ilə qayıdırdıq. Olmayanda isə dayanacaqda avtobus gözləyirdik. İnsan hər gününə şükür etməlidir”.

  •  (0)
  •  (1)