“Beynimə oksigen getmir” – Seren Serengilbackend

“Beynimə oksigen getmir” – Seren Serengil

Qalmaqallı açıqlamaları ilə gündəmdən düşməyən aparıcı Seren Serengildən xəbər var.

Hokm.az axşam.az-a istinadən bildirir ki, bir müddət əvvəl halı pisləşdiyi üçün aparıcısı olduğu “Söylemezsem olmaz” proqramından xəstəxanaya aparılan Seren səhhəti ilə bağlı açıqlama verib:

“Gündə 10-15 ədəd dərman içirəm. Amma bədənimdə qalmır. Ona görə də sistem vurdururam. Axmaqlığımdan bu vəziyyətə düşdüm. Yemək yediyim anda mədəm bulanır. Şəkərim düşür, beynimə oksigen getmir”.

Serengil işə getmədiyini, 8 günlük tətilə çıxdığını və hazırda Bodrumda olduğunu bildirib.

Xatırladaq ki, aparıcı dumping sindromundan (mədə qidanın qalmaması xəstəliyi) əziyyət çəkir.

  •  (0)
  •  (0)