Başına gələnləri məşhur xalq artisti sifariş edib – ŞOK AÇIQLAMALAR+VİDEObackend

Başına gələnləri məşhur xalq artisti sifariş edib – ŞOK AÇIQLAMALAR+VİDEO

Müğənni Roza Zərgərli 2005-ci ildə çəkilən “Adam ol” filmindən uzaqlaşdırılmasının səbəbini açıqlayıb.

Hokm.az xəbər verir ki, sənətçi bu haqda aparıcısı olduğu “Tam vaxtıdır” verilişində danışıb. O bildirib ki, filmdəki bütün kadrların silinməsini mərhum Xalq artisti İlhamə Quliyeva sifariş edib:

“Orada Sərxan Kərəmoğlunun sevgilisi və falçı obrazını oynamalı idim. Biletlərimizi aldı və çəkilişə getdik. On gün qaldıq, çəkildik. Amma film çıxanda mənim tamam uzaqlaşdırıldığımı gördüm. Çox az yerdə qalmışdım. O da ki, təyyarə səhnələri yenidən çəkilə bilmədiyi üçün. Zəng etdim ki, niyə filmdən çıxardın, o filmə görə dörd restorandakı işimdən uzaqlaşdırıldım. Dedi ki, gəncsən, hələ çox yerdən çıxarılacaqsan. Oturdum ağladım. Əslində İlhamə Quliyeva məni çıxartdırmışdı. İndi məni ona bənzədəndə deyirəm ki, xasiyyətcə bənzəmərəm, zahirən ola bilər”.

Sərxan isə “Qadın hər kəsə qısqanc idi. Bu, Allahın ona verdiyi böyük bədbəxtçilik idi. Məcbur qalıb etdim bunu. Filmə sponsorluq edən şəxsin başı ağrımasın deyə, etdim” söyləyərək, İlhamə Quliyevanın sifarişini yerinə yetirdiyini etiraf edib.Axşam.az

  •  (1)
  •  (0)