Koronavirusdan dünyasını dəyişən əməkdar artist Baloğlan Əşrəfov Masallı rayonunda torpağa tapşırılıb.
Hokm.az “Sherg.az”a istinadən xəbər verir ki, aparıcı-prodüser Tarix Əliyev(Tolik) mərhumun məzarı haqda yazıb. O İnstaqramda bu sözləri dilə gətirib:
“Baloğlan müəllimin məzarına baxıb çox utandım. Dəfn mərasimini izlədim bir çələng də görmədim. Dostlarının 200 AZN pulu yox idi ki, bir çələng göndərsin. Ona dostum, qardaşım deyənlərə ayıb olsun. Məzarını çiçəklərə qərq edə bilməzdilər?! Mərhumun çox sevdiyim üçün mənə pis təsir etdi. Fani dünya…”