Rusiyada məşhurlaşan azərbaycanlı reper Navai (Nəvai Bəkirov) artıq bir neçə gündür ki, Bakı ilə bağlı işlətdiyi qeyri-etik ifadəyə görə gündəmdən düşmür.
Hokm.az Axşam.az-a istinadən xəbər verir ki, daha sonra video yayımlayaraq ifaçı sözlərinə görə üzr istəyib. Amma Navai bir gündən sonra görüntüsünü instaqram hesabından silib.
Qeyd edək ki, Navai əvvəlcə videoda onun dediklərinin montaj olduğunu iddia edib. Amma ifaçı daha sonra videoaçıqlama yayaraq içkili olduğunu söyləyib.