Bakıda yaşlı atadan ŞOK ƏMƏL – Oğlu və gəlininin yatdığı otağa girdi və…backend

Bakıda yaşlı atadan ŞOK ƏMƏL – Oğlu və gəlininin yatdığı otağa girdi və…

Ötən ilin dekabrında Bakı şəhər Sabunçu rayonu Maştağa qəsəbəsində oğlu və gəlinini baltalayan şəxs barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hokm.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesinin yekununda Mehdi İsmayılov Cinayət Məcəlləsinin 29. 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 29. 120.2.9-cu maddələri (köməksiz vəziyyətdə olan adamı öldürməyə cəhd) maddələri ilə təqsirli bilinib. O, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İstintaq zamanı məlum olub ki, M.İsmayılov Maştağa qəsəbəsi Savalan yaşayş massivində yerləşən evdə oğlu, 1987-ci il təvəllüdlü Rəşad İsmayılovu və gəlini, 1985-ci il təvəllüdlü Cəmilə Babayevanı baltalamazadan 15 gün əvvəl əməliyyat olunub. Oğlunun işləmədiyin, evdən daim pul aldığını və ata-anasını mütəmadi olaraq təhqir etdiyini deyən M.İsmayılov bezdiyi üçün bu əməli törətdiyini deyib.

Belə ki, evdə hər kəsin yatdığı vaxt yaşlı kişi baltanı götürərək oğlu, gəlini və 2 yaşlı nəvəsinin yatdığı otağa daxil olub. O, vvəlcə yerdə yatmış oğlunun başına balta ilə zərbə endirib, daha sonra isə gəlininə xəsarətlər yetirib. Həyat yoldaşı, eləcə də xəsarət alan şəxslərin səs-küyünə qonşuların gəlməsindən sonra təcili tibbi yardıma müraciət edilib.

Hadisədən sonra M.İsmayılov bıçaqla öz boğazını kəsərk intihara cəhd edib.

  •  (0)
  •  (0)