2021-ci ili noyabr ayında Bakı-Şamaxı yolunda sürücüsünün idarə etdiyi avtomobil ilə ağır qəzaya düşən müğənni Baba Dərələyəzli üçüncü dəfə əməliyyat olunacaq.
Milli.Az-a verilən məlumata görə, qısa zamanda Azərbaycanda mahnıları ilə geniş tamaşaçı kütləsi toplamağı bacaran müğənni bir ay bundan öncə məcburiyyət qarşısında ikinci dəfə əməliyyat olunmasına baxmayaraq, onun tam sağalması üçün növbəti əməliyyata ehtiyac var.
Xatırladaq ki, bu qəza nəticəsində daxili orqanları yararsız hala düşən müğənni, ayağının da bir çox nahiyyəsindən aldığı sınıq xəsarətləri səbəbindən xeyli zamandır ki, yerimək qabiliyyətini itirib. Baba ikinci əməliyyat öncəsi Milli.Az-a açıqlamasında deyib:
“Bu ayın 30-u üçüncü dəfə eyni əməliyyata girəcəyəm. Bu əməliyyat nəhayət ayağa qalxmağım üçün sonuncu əməliyyat olmalıdır. Allahın köməkliyi ilə bu çətin günləri geridə qoyacağıma inanıram”.
Qeyd edək ki, bu, ötən il Baba Dərələyəzlinin başına gələn ilk faciə deyildi. Belə ki, müğənni 2021-ci ildə iki ayın içində bir-birinin ardınca iki cavan qardaşını itirib.