Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub.
Hokm.az-ın məlumatına görə, buna səbəb iş yükünün çox olmasıdır.
Məlumata görə, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Zaur Hacıyev, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Bilal Məmmədov və Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayev Bakı Hərbi Məhkəməsinə göndəriliblər.
Bu gündən onların icraatlarına cinayət işləri veriləcək.