Amerikanın nüfuzlu “Elléments Magazine” jurnalı azərbaycanlı fotoqrafın şəkillərindən istifadə edib.
Hokm.az qafqazinfo-ya istinadən xəbər verir ki, dərgi Sarvan Hüseynin fotosessiyasını “fashion” bölməsinə yerləşdirib.
Modellər isə AzTV-nin aparıcısı Mehin Hümbətova və “Miss Supermodel Worldwide of Azerbaijan- 2018” qalibi Fidan Əliyevadır.
Jurnalda sözügedən fotoları ərsəyə gətirən komanda üzvlərinin adı da qeyd edilib.