Artıq dünyanın bir çox ölkələrdə yayılan “Omikron” ştammı qonşu Türkiyədə ağır fəsadlara gətirib çıxarıb.
Uzun müddətdir Türkiyədə yaşayan azərbaycanlı müğənni Aysel Əlizadənin ailəsindən artıq bir neçə nəfər də bu ştamma yoluxub. Bu haqda sənətçi özü məlumat verib.
O, insanları müəyyən izolyasiya qaydalarına əməl etmələrini və özlərini virusdan qorumağa çağırıb.
Qeyd edək ki, Türkiyədə ilk dəfə “Omikron” ştammına ötən ilin dekabrında rast gəlinib.