Azərbaycanlı müğənni faciədən döndü: “Allah övladımı mənə bağışladı”backend

Azərbaycanlı müğənni faciədən döndü: “Allah övladımı mənə bağışladı”

Müğənni Günel Ələkbərovanın evində qısa qapanma baş verib.

Hokm.az xəbər verir ki, Günel Ələkbərova gecə saatlarında evində problem yaşayıb:

“Bu gün sağ olmaya bilərdim. Allah saxlayanda saxlayır. Gecə evimdə yanğın baş verəcəkdi. Qaz piltəsindən tüstü çıxırdı. Qızım və mən yatmışdım. Xalam bizdə qonaq idi və yatmamışdı. Mətbəxə gələndə görüb ki, qaz piltəsindən tüstü çıxır. Tez məni oyatdı. Özümü itirmədim, ümumi elektrik sistemini söndürdüm. Binada yanğın baş verə bilərdi. Allah övladımı mənə bağışladı. Faciə ilə nəticələnə bilərdi”.teleqraf.com

  •  (0)
  •  (0)