Azərbaycanlı model atasından DANIŞDI – FOTObackend

Azərbaycanlı model atasından DANIŞDI – FOTO

Tez-tez açıq-saçıq paylaşımları ilə tənqid obyektinə çevrilən “Miss Azərbaycan-2019” gözəllik müsabiqəsinin qalibi model Səmra Hüseynova son paylaşımı ilə diqqət çəkib.

Hokm.az xəbər verir ki, sosial şəbəkə hesabında atasının görüntülərini paylaşan model atasının hər zaman ona dəstək olduğunu qeyd edib:

“Dünyanın ən yaxşı atası! Heç zaman duasını əksiltmədi və mənə güvəndi. İşim üçün ancaq dua etdi. Dedi ki, əgər mən səni xoşbəxt edə bilmirəmsə, işin edirsə, neynək, əlbəttə başarılı ol. Allahım, işlərimi, atamın duasını əksik etmə. Sevirəm səni, ata. Heç bir ata istəməz övadı gülməsin”.

Qeyd edək ki, Səmra Hüseynova Azərbaycan modelləri arasında ən ekstravaqantlardan sayılır. O, istənilən eksperimentə hazırdır. Dəb nümayişlərində iştirak edir, tanınmış brendlərin reklam çarxlarında çəkilir. Model tez-tez açıq-saçıq fotolayihələrdə iştirak edir və onları sosial şəbəkədə paylaşmaqla böyük rezonans yaradır./Unikal.org

  •  (0)
  •  (0)