“Miss Azerbaijan 2018” Sevinc Məmmədova sözsöhbətlərə son qoyaraq açıqlama yayıb.
Bakı gözəli bildirib ki, onun ünvanına deyilən sözlərin hər biri əsassızdır:
“Bir neçə gündür haqqımda yazırlar ki, sevgilisi iş adamıdır. Xeyr, həyatımda heç kim yoxudr. Bunu son dəfə açıqlayıram. Tək yaşayıram. Həyatımda biri olsa belə onunla şəkillərimi paylaşmaram. Şəxsi həyat insanlara süfrə kimi sərilməməlidir. Nəyə görə iş adamı deyildi, anlamadım. Mən, pula doymuş insanam. İşləyirəm, heç kəsdən asılı deyiləm. Nə mükafatlarımı, nə də modelliyimi kiminsə hesabına almamışam. Çox şükür, xasiyyətimi hamı bilir. Çətin insanam, bəzən də acıdiləm, çünki sözü üzə deyirəm. Kiminsə yalanlarına göz yuma bilmirəm. Buna görə də dostum azdır. Boş vaxtlarımı evdə keçirirəm. Ətrafım çox genişdir. Hər kateqoriyadan, hər peşədən tanışlar var. Mənim könlümü pulla almaq qeyri-mümkündür. Çünki görmüşəm, yaşamışam və toxam”.