Azərbaycanlı aktrisa Ronaldonun sevgilisi ilə eyni geyimdə qırmızı xalıya çıxdı – FOTObackend

Azərbaycanlı aktrisa Ronaldonun sevgilisi ilə eyni geyimdə qırmızı xalıya çıxdı – FOTO

Rejissor Hilal Baydarovun ərsəyə gətirdiyi “Səpələnmiş ölümlər arasında” filmi 77-ci Venesiya Film Festivalında “Qızıl şir” mükafatı uğrunda mübarizəyə qoşulub.

Qırmızı xalıda rejissoru aktyorlar Orxan İsgəndərli və Rәna Әsgәrova müşayiət edib.

R.Əsgərova tədbirdəki geyimi ilə diqqət çəkib. O, çəhrayı rəngin tonlarında, dərin yarıqlı, “Su pərisi” modelli don geyinib. Həmin geyim modelindən dünyaca məşhur futbolçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigez də istifadə edib. Onun geyimi “Pronovias” imzalıdır.

Azərbaycanlı aktrisanın Rodrigezlə bənzər saç modelinə üstünlük verməsi də diqqətdən qaçmayıb.publika

  •  (1)
  •  (0)