Nəhayət çoxdan gözlənilən, bir müddətdir sosial şəbəkələrdə anonsları gedən, “Miss Aura of Azerbaijan 2023” beynəlxalq gözəllik müsabiqəsinin final mərasimi baş tutdu.
Hokm.Az xəbər verir ki, gecədə bir çox tanınmış simalar iştirak ediblər. Gecəyə jüri və qonaqların simasında bir çox məşhurlar axın edib. Onların sırasında aktyorlar, Xalq artistləri İlham Namiq Kamal, Məleykə Əsədova, Əməkdar incəsənət xadimi, modelyer-dizayner Fəxriyə Xələfova, aparıcılar Zümrüd Bədəlova, Lamiyyə Ələkbərova, tanınmış aktisalar, aparıcılar, modellər, idmançılar, bloqerlər, iş xanımları, şirkət rəhbərləri və başqaları olub.
Paytaxtın məşhur otellərinin birində keçirilən final gecəsində modellər üç geyimlə jüri heyyətinin qarşısına çıxıblar. Qalib adı uğrunda 12 xanım finalçı mübarizə aparıb.
Bundan əlavə, gənc, istedadlı müğənnilər və Kubalı məşhur sənətçi Yanssel Kastellon ifaları ilə gecəyə rəng qatıblar.
Daha sonra canlı səsvermə əsasında qaliblərin adları açıqlanıb.
Yarışmada birinciliyi, münsiflərin canlı səs verməsi ilə “MISS AURA OF AZERBAIJAN 2023” titulunu qazanan Güldəstə İsayeva olub.
Gecənin sonunda qalib üçün ayrılan taclar öz sahiblərinə təqdim edilib. Qaliblərə xüsusi kristallarla və svarovski qaşlarla hazırlanmış, qiymətli əl işi olan taclar verilib.
Rəqiblərini səs çoxluğu ilə geridə qoyan, 1.85 sm boyundakı 25 yaşlı model ölkəmizi bu ilin sentyabr ayında 50 ölkənin “Miss Aura”sının qatılacağı beynəlxalq yarışma olan, “MISS AURA INTERNATIONAL 2023”-də təmsil edəcək.
Bildirək ki, qalib modelin beynəlxalq yarışmada iştirak üçün gediş-dönüş avia biletini “EC Travel” agentliyi təmin edəcək.
Müvafiq olaraq, nominasiya qazanan iştirakçıların sıralamasını təqdim edirik:
Güldəstə İsayeva – “MISS AURA OF AZERBAIJAN 2023”
Fərqanə İsmayılova – “I Vice Miss Aura of Azerbaijan 2023” (“Miss Safely Beauty”)
Marqarita Livtsova – “II Vice Miss Aura of Azerbaijan 2023” (“Miss Aglamour”)
Sevda Paşayeva – “III Vice Miss Aura of Azerbaijan 2023”
Gülcahan Mustafazadə – “Miss Catwalk Aura of Azerbaijan 2023”
Aytəkin Səfərova – “Miss Aura Face of Azerbaijan 2023”
Cəmilə Səlimxanova – “Miss Aura Press of Azerbaijan 2023”
Umxanım Sadıqova – “Miss Photomodel Aura of Azerbaijan 2023”
Aytac Xəlilova – “Miss Aura Sharm of Azerbaijan 2023”
Ebru Kazımlı “Miss Moon Group”
Nigar Məmmədzadə – “Miss Nygyul”
Bildirək ki, layihə sosial şəbəkələrdə məhşurlar tərəfindən paylaşılıb və müsbət rəylər qazanıb. Sözügedən yarışma 2006-cı ildən dünyanın müxtəlif ölkələrində keçirilir. “MISS AURA INTERNATIONAL”ın rəhbəri Adnan Şekerdir.
Qeyd edək ki, “Miss Aura Azerbaijan 2023” beynəlxalq gözəllik yarışmasının Milli direktorları və təşkilatçıları Tural Hüseyn və Xəyal Abdullayevdir.
Gecənin aparıcılığı isə Aytən Leylaqızına həvalə edilib.
Tədbirin təşkil edilməsində Baş sponsor “NyGyul Atelier & Showroom”, Sponsor – “EC Travel Agency” və “Safely Beauty Zone”, Təşkilati dəstəklər – “Bizon Energy”, “CAAS” Psixologiya və Psixoterapiya Liqası, “Xarı bülbül hazırlıq kursları”, “Flora Holland” güllərin topdan satış mərkəzi, “Amore Beauty Center”,”Ay İşığı restoranı”, “Eminem Accessories”- əl işləri və saç aksesuarları, dizayn dəstəyi “Subhrem Pro”, estetik həkim Günay Əliyeva, Daşınmaz əmlak və investisiya şirkəti “Əmlakçı.az”,”A-Glamour Fashion House”,”Pizza Hat Baku”, Promo dəstək – “Moon Group” poliqrafiya, promo və reklam şirkəti dəstək göstəriblər.
Tədbirin informasiya dəstəyi Hokm.Az saytına məxsusdur.
FOTOLAR: Taleh Valehov və Ramin Qurbanov.
VIDEO və MONTAJ: Rəşad Məmmədov.
Yarışmanın final gecəsindən olan fotoları və video-çarxı təqdim edirik: