Azərbaycanda fəaliyyət göstərən Türkiyənin məşhur şirkətinin vergi borcu üzə çıxdı (FOTO)backend

Azərbaycanda fəaliyyət göstərən Türkiyənin məşhur şirkətinin vergi borcu üzə çıxdı (FOTO)

Azərbaycanda yaradılan Türkiyənin məşhur şirkətinin vergi borcu üzə çıxıb.

32gun.az-ın məlumatına görə, “Anadolu Efes Biracılık ve Malt Sanayii A.Ş”-nin dövlətə 67 min manata yaxın (66938.98AZN) borcu var.

11.11.2021 tarixində dövlət qeydiyyatına alınan şirkətim qanuni təmsilçisi Cavid Nəbiyevdir.
Qeyd edək ki,  “Anadolu Efes Biracılık ve Malt Sanayii A.Ş” pivə və alkoqolsuz içkilər istehsal edir.
“Anadolu Efes” beynəlxalq pivə əməliyyatlarını Hollandiyada qurulan 100% törəmə şirkəti “Efes Breweries International N.V.” ilə həyata keçirir. Şirkət həm Türkiyədə və həm də beynəlxalq bazarlarda “Coca-Cola” əməliyyatlarını həyata keçirən “Coca-Cola İçecek A.Ş”nin (“CCI”) əsas səhmdarıdır.

  •  (0)
  •  (0)