“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Prezident İlham Əliyev tərəfindən təsis edilmiş “Diaspor fəaliyyətində xidmətlərə görə” medalı ilə təltif edilib.
Hokm.az-ın məlumatına görə, E.Məmmədov Ukraynada Azərbaycan diasporunun inkişafında və Azərbaycanın nailiyyətlərinin təbliği ilə bağlı layihələrin həyata keçirilməsində mühüm xidmətlərinə görə təltif edilib.
Qeyd edək ki, E.Məmmədov ehtiyatda olan polkovnikdir. O, uzun illər Azərbaycanın Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət edib. 2012-ci ildən Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədridir.