Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb.
Hokm.az “axşam.az”a istinadən xəbər verir ki, bir müddət əvvəl boşanma xəbəri ilə gündəmə gələn Aynişan “Sizi sıxışdıran suallar verən insanlara qarşı münasibətiniz necədir?” sözlərinə “Məni kimsə sualları ilə sıxışdıra bilməz. İstəmədiyim suala cavab vermirəm” deyib.
Bloger daha sonra “Artıq məndə darıxma duyğusu yoxdur. Güclü olmaq yaxşıdır, amma güclü olmaq üçün insan çox əziyyət çəkməli olur. Heç kim xoş günündən güclü olmur. Çətinlik bizi güclü edir. Kaş ki hamı güclü deyil, xoşbəxt olsa” sözlərini əlavə edib.
Aynişan evliliyi bitirən amilləri sadalayıb, “sevgini evlilik bitirmir. Sevgini güvənsizlik, yalanlar, nankorluq və xəyanət bitirir” sözlərini söyləyib.
“Ayrılan qadın qisas hissi ilə yaşayır” fikrinə bloger “ortada sevgi varsa, məncə, ola bilər. Əks halda heç vecinə də deyil” reaksiyasını verib.