“Ayıb deyil, utanmırsan?” – Əli Mirəliyevdən Mətanət İsgəndərliyə sərt sözlərbackend

“Ayıb deyil, utanmırsan?” – Əli Mirəliyevdən Mətanət İsgəndərliyə sərt sözlər

Xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozan 187 saylı məktəbin direktoru Nailə Məmmədovanın ad günündə Əməkdar artist Mətanət İsgəndərlinin də iştirak etdiyi barədə məlumat vermişdik.

Əməkdar artistin bu addımı isə birmənalı qarşılanmayıb.

Məsələyə biganə qalmayan müğənni Əli Mirəliyev baş verənlərlə bağlı Sfera.az-a danışıb:

“Özünə hörmət edən müğənni bu addımı atmazdı. Mən şəxsən indiki məqamda müğənnilərin efirə çıxıb, oxumağını da düzgün hesab eləmirəm. Hələ bizim şəhidlərimizin 40-ı çıxmayıb, onların qanı qurumayıb. Ayıb deyil, utanmırsınız? Özünüzü kimə göstərirsiniz?”

Sənətçi söhbət əsnasında hazırda ciddi təcrid şəraitində yaşadığını deyib:

“Biz də insanıq da, bu xəstəlik kütləvi şəkildə varsa, demək mənə də keçə bilər. Xəstəlik axtarmıyacaq ki, bu Əlidir, Mətanətdir, ona olmaz. Bax, mən özüm ailəmin yanından ayrılıb, gəlmişəm Mərdəkana, tək yaşayıram. Toyuqlarımla, göyərçinimlə başımı qatıram. Heç yerə çıxmıram. Guya mən efirə çıxa bilmərəm? Hazırda ARB telekanalında yeni veriliş məni gözləyir. Özü də Əməkdar artist Tünzalə Əliyeva ilə birlikdə aparacağıq. Amma hələ gözləyirik ki, vəziyyət biraz sabitləşsin”.

Xatırladaq ki, ötən gün təhsil naziri Emin Əmrullayev məktəb direktoruna şiddətli töhmət verib. Daxili İşlər Nazirliyində Nailə Məmmədova başda olmaqla məclisdə iştirak edən bir neçə nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsilə protokollar tərtib edilib.

  •  (4)
  •  (6)