Hokm.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni qatıldığı proqramlara və dəvətlərə məşhur brendlərin geyimlərini geyinir. Kazımovanın bahalı geyim kolleksiyasını təqdim edirik:
Müğənninin Adidas markasından olan bənövşəyi dəstinin ümumi qiyməti 180 dollardır. Belə ki, şalvar 120 (204 manat), top isə 60 dollardır (102 manat).
Kazımovanın “Dolce Gabbana” brendindən olan sinəsi güllərlə bəzədilən pencəyinin qiyməti 4972 dollar, təxminən 8452 manatdır. Onun seçdiyi qara rəngli sözügedən brendin çəkməsi isə 1195 dollar, təxminən 2095 manatdır. İfaçı pencək və ayaqqabısına birlikdə 10547 manat ödəyib.
Müğənninin geyindiyi xətli ətəyi “Balmain” brendindəndir. Ətəyin qiyməti 1572 dollardır (2672 manat).
Kazımovanın dəvətlərdən birinə geyindiyi dəst “The Attico” brendindəndir. Ətəyin qiyməti 578 dollar (982 manat), pencək isə 1635 dollardır (2779 manat).
İfaçının ağ uzun libası Rüfət İsmayılın kolleksiyasıdır. Paltarın qiyməti 9834 lirədir (2208 manat).