Aparıcını soydular: sərvət dəyərində çantaları oğurlandıbackend

Aparıcını soydular: sərvət dəyərində çantaları oğurlandı

Televiziya aparıcısı Viktoriya Bonyanın Monakodakı mənzili soyulub.

Hokm.az xəbər verir ki, aparıcı bu barədə instaqram hesabında yazıb.

O, mənzilə gizlincə girən soyğunçuların bütün çantalarını oğurladığını bildirib.

 

V.Bonya cinayətkarlar paltarlarına və hətta xəz məmulatlarına belə toxunmadığını, yalnız çantaları götürdüklərini vurğulayıb.

Oğurlanan malların 250 min avro dəyərində olduğu təxmin edilir.

  •  (0)
  •  (0)