Türkiyəli iş adamı Yusuf Araz Kemerburgaz da yerləşən lüks villasını uzun müddətdir aktrisa Defne Samyeliyə kirayəyə verib.
Hokm.az axşam.az-a istinadən bildirir ki, maliyyə probleminə görə tərəflər arasında xeyli müddətdir gərginlik yaşanır. Belə ki, Defne ötən ilin martından aylıq kirayə haqqı olan 16 min 720 lirəni (yəni 3 min 862 manatı) ödəmir.
Bundan əsəbiləşən iş adamı Samyelinin qaldığı mənzilə həbs qoydurub. Evdə aktrisaya məxsus bahalı əşyaların hamısı müsadirə edilib.
Yusufun vəklili Iyaz Çimen Defnenin evdən çıxması və 2 illik kirayə haqqını ödəməsi üçün onu məhkəməyə verdiklərini bildirib.