Müğənni Ajda Pekkan keçmiş sevgilisi olan iş adamı Bülent Çavuşoğlu ilə barışıb.
Hokm.az axşam.az-a istinadən bildirir ki, 9 il birlikdə olduğu sevgilisi ötən il ona yaxın rəfiqəsi ilə xəyanət etmişdi. Verilən məlumatlara görə, Pekkandan ayrıldıqdan sonra peşman olan Bülent tanışlarının və yaxınlarının vasitəçiliyi ilə müğənniylə barışa bilib.
Barışıqdan sonra cütlük ilk dəfə Bodrumda bir araya gəlib. Bununla da sənətçi keçmiş sevgilisinə ikinci şans verib.
Qeyd edək ki, Pekkanın 75, Bülentin isə 53 yaşı var.