Əməkdar artist Könül Kərimova gənc ifaçılardan gileylənib.
Hokm.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda “Səhər mərkəzi” proqramında deyib. Müğənni gənc ifaçıları tənqid edib:
“Məşhur olmaq olar, əsas tamaşaçı sevgisini qazanmaqdır. İndikilər sevgini satın alırlar. Deyirlər, qalmaqal edim, məşhurlaşım. Saf sevgi qazanmaq hər sənətçiyə qismət olmur. Qaydasında olmayan çox şey var. Bir günə məşhur olmaq istəyirlər. Gedib düşürlər başqa kresloya. O qədər pis görsənirlər ki… Başlayırlar yerində olmaq istədikləri insanla yüksək tonla danışmağa. Özləri oxuya bilmir, kiminsə ifasından danışırlar.
Böyük-kiçik yeri bilmək lazımdır. İndikilər facilə şəklindədirlər. Yaxşı hal deyil. Tamaşaçı etibarsızdır. Onlar heç olmasa ağı-qaradan seçələr. Sənəti olanlar bunlararın repertuarına irad tuturlar. Onlar gərək nəticə çıxarsınlar. Deyirlər, bəyənən bəyənsin, bəyənməyən dünəndən bəyənməsin.
İndikilər doğru-düzgün sevgi qazana bilmir. Fikirləşmirlər ki, ailə məclisinə gəlmişəm, geyimimə, danışığıma fikir verim. Gənclər var ki, olduğu məkanı unudur, nə gündə oxuyur. Mahnıda səhv etdikləri kimi, geyimdə, danışıqda da edirlər”.