Afrikada gözəllik müsabiqəsi keçirildi, qalib ağdərili oldubackend

Afrikada gözəllik müsabiqəsi keçirildi, qalib ağdərili oldu

Ağdərili qadın “Miss Universe Zimbabve” gözəllik müsabiqəsinin qalibi olub.

Hokm.Az lent.az-a istinadən bildirir ki, bu barədə “The Herald” nəşri məlumat yayıb.

Yarış Zimbabvedə 22 ildən sonra ilk dəfə keçirilib. Bu ada 21 yaşlı model Bruk Bruk Cekson layiq görülüb. O, Zimbabveni noyabr ayında El Salvadorda dünyanın ən böyük gözəllik müsabiqələrindən biri olan “Miss Universe”də təmsil edəcək.

Cekson qalib kimi 10 min dollar pul mükafatı alıb.

Kosmetoloq işləyən Cekson əvvəllər heç vaxt gözəllik müsabiqələrində iştirak etməyib.

  •  (2)
  •  (1)