Afət Fərmanqızı: “…Sənətdən gedəcəm”backend

Afət Fərmanqızı: “…Sənətdən gedəcəm”

Müğənni Afət Fərmanqızı ilə aparıcı Vüsalə Kərimova arasında qalmaqal yaşanıb. Münaqişə A.Fərmanqızı “ARB Tv”nin “Səhər-səhər” verlişində qonaq olarkən yaranıb. Hətta müğənni efiri tərk edib.

Hokm.az xəbər verir ki, sənətçi  “Sherg.az”a olayın təfərrüatlarından danışıb:

“Mənimlə bağlı süjet hazırlayıblar. Orda özümə qarşı qərəz gördüm. Məsələn, deyir, sizi verilişlər qalmaqala gör çağırırlar. Niyə sənətinizlə məşğul olmursunuz? Söylədim ki, nə vaxtsa kiməsə söz atmağımı sübut edin. Həmişə mənə sataşıblar, onlara cavab vermişəm. O da bir söz deyə bilmədi, ironiya ilə güldü. Qayıtdım ki, cavab olmayanda insanlar sizin kimi gülürlər.

Köhnə məsələlərə toxundular, dedilər ki, Flora xanım sizə irad bildirdi. Dedim, tənqidi yayımlama, dilə gətirdiyi təhqiri də işıqlandır. Misal üçün Flora xanım demişdi ki, oğlun səndən utanmır? Bu da təhqirdir də. Oğlum məndən niyə utanmalıdır ki? Bir mahnıya görə? Bildirdim ki, qonağı çağırıb reytinq xətrinə, qalmaqal yaratmayın, süjeti hazırlayanın fikri etalon deyil. Gəlsin, ona sual verəcəm. Vüsalə Kərimova qayıtdı ki, süjetin müəllifi kanalın əməkdaşıdır, savadlı xanımdır. Dedim, siz onun vəkilisiniz? Özü gəlsin, mənə cavab versin ki, nəyə əsasən belə haqsız süjet hazırlayıb? Kimin sifarişidir bu?”.

İfaçı onu da əlavə edib ki, proqramı öncədən izləməyib. “Xəbər-ətər” verlişi olduğunu düşünüb:
” Bir-iki nəfər işçi qərəzli plan qurublar ki, guya məni sındıracaqlar. Mən də cavabını verdim, yalanını ifşa elədim. Dedim, kiməsə sataşmışamsa, maşınımın açarını verib, sənətdən gedəcəm. Həmişə özümü müdafiə etmişəm. Orda bir neçə söz də demişdim, kəsiblər. Düzgündürlərsə, niyə kəsirlər? Sonra efirdən çıxdım. Çox dedilər qayıt, dönmədim. Hətta Fatimə Fətəliyeva məni tərifləyir, deyir, Afət Fərmanqızını xalq sevir, onda aparıcının sifət ifadəsinə diqqət edin. Yenə deyir ki, amma bizim əməkdaşa hörmətsizlik etdi. Axı əvvəlcə onun mənə sayğısızlığı olub”.

  •  (0)
  •  (0)