“Açıram canlını, yumuram gözümü, açıram ağzımı”backend

“Açıram canlını, yumuram gözümü, açıram ağzımı”

“Mənlə yaradılan qalmaqalların çoxu həmkarlarım deyil. Hər dəfə deyirəm ki, danışmayacam, cavab verməyəcəm. Amma o qədər həssas və emosional oluram ki…”.

Hokm.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva “7 canlı” proqramında deyib. O, tez-tez qalmaqal etməsinin səbəbini açıqlayıb:

“Əgər bilirəmsə bu yalandır, susa bilmirəm. Açıram canlını, yumuram gözümü, açıram ağzımı. Sonra deyirəm, axı özümə söz vermişdim. Amma heç vaxt görməzsiniz ki, kiməsə söz atım. Adamlar var ki, gedib mənə efirdə söz atır, deyir qoy, cavab versin. Deyirəm, cavab verməyəcəm, öl”.

 

  •  (0)
  •  (0)