“Aksesuarı çox sevirəm. Elə saatım var ki, onun 1500 manat qiyməti var. Elə boyunbağım var ki, gümüşdü, onun qiyməti 500 manatdı. Elə geyimim var ki, 100 manat da qiyməti var, 200 manat da. Deyim ki, hamısı 800-1000, yox, bu yalan olar. Evimdə bir otaq tək qarderobdu, ən yüksək paltarımın qiyməti 1800 manatdır. Daha sonra, 500-700-800-1000 manatlıq da var”.
Hokm.az xəbər verir ki, bu fikirləri müğənni Şəbnəm Tovuzlu “MTV Xəbər”ə müsahibəsində qarderobundan danışarkən deyib. O, çox bahalı kürkləri olduğunu izləyicilərdən gizlətməyib.
“Kürklərə gəlsək, 17000 manata qədər var. Sayca 5 kürküm var. Qarderobumda ən sevdiyim əl çantalarım, kabloklarımdı. 40-50 cüt bəlkə də daha çox ayaqqabım var. Ayaqqabımın ən yüksək qiyməti 300-400 manatdır. 70-80-100-150 olanları da var”.
İfaçı həmçinin yutub kanalından əldə etdiyi gəlirini açıqlayıb.
“Ordan gələn gəlirə heç bir şübhəm yoxdur. Çünki mənim milyonluq kliplərimin gəliridir. Ən azı 5000 min dollar, yəni 10000 manatdan yüksək olur”.metbuat.az