“30 yaşdan sonra eşq olmadığını anlayırsan” – İradədən ETİRAFbackend

“30 yaşdan sonra eşq olmadığını anlayırsan” – İradədən ETİRAF

“İnsan əsas məsələnin heç bir zaman eşq olmadığını 30 yaşından sonra başa düşür”.
Hokm.az bildirir ki, bunu müğənni İradə İbrahimova həyat yoldaşı Ceyhun İzerlə bağlı danışarkən deyib. İfaçı həyat yoldaşı ilə fotosunu paylaşaraq hislərini izləyiciləri ilə bölüşüb:
“Əsl məsələnin dostluq, inanmaq, güvənmək, yol, həyat yoldaşlığı olduğunu, yanınızda sizinlə bərabər addımlamaq istəyinin olduğunu öyrənirik. Yəni, siz çarə axtardığınızda, o, bəhanə axtarmayacaq. Mənim isə eşq anlayışım bir dənədir – Yaradan. Yerdə qalan hər şeyə sevgi, məhəbbət hissim nə varsa, yenə ona görədir. Yəni, doğru bir dənədir və yerinə təzə heç nə gəlməz”, – deyə İbrahimova əlavə edib.

Qeyd edək ki, cütlüyün iki övladı var.
  •  (0)
  •  (1)