Zərdabda qeyri-adi oğurluq hadisəsi baş veribbackend

Zərdabda qeyri-adi oğurluq hadisəsi baş verib

Zərdabda mağazalardan oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Hokm.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumata verilib.

Bildirilib ki, Zərdab rayonu ərazisində yerləşən ərzaq və mobil telefon satışı ilə məşğul olan mağazalardan müxtəlif vaxtlarda oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə (RPŞ) məlumatlar daxil olub.

Vətəndaşların müraciətləri əsasında Zərdab RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq əməllərini törətməkdə şübhəli bilinən Zərdab rayon sakini Əli Əkbərov saxlanılıb.

Ə.Əkbərovun mağazalardam 3 ədəd mobil telefon və 500 manata yaxın pul oğurladığı müəyyən edilib. Cinayəti əməllərini törədərkən istifadə etdiyi əşyalar isə maddi sübut kimi götürülüb.

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb və Ə.Əkbərov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  •  (1)
  •  (0)