Zakir Həsənov 2 generalı vəzifədən AZAD ETDİ – RƏSMİbackend

Zakir Həsənov 2 generalı vəzifədən AZAD ETDİ – RƏSMİ

Azərbaycan Ordusunun birlik komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.

Hokm.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Nazirlikdən bildirilib ki, hər iki general ehtiyata buraxılıb.

  •  (0)
  •  (0)