Yasamalda qadın özünü bıçaqladıbackend

Yasamalda qadın özünü bıçaqladı

Bakı sakini özünə bıçaq xəsarəti yetirib.

Hokm.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Zeynalova Günay Azad qızı yaşadığı mənzildə özünə bıçaqla xəsarət yetirib.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (2)