Yasamalda gənc boynundan bıçaqlandıbackend

Yasamalda gənc boynundan bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hokm.az Publika.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 2-ci Alatavada 1992-ci il təvəllüdlü Rüstəmzadə Eşqin Sapay oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dostlarının köməyi ilə xəstəxanaya çatdırılıb. Ona boynun kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

  •  (0)
  •  (0)