Vilayət Eyvazovdan yeni təyinatbackend

Vilayət Eyvazovdan yeni təyinat

Gəncə şəhər Baş Polis İdarəsinin 1 saylı Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinə yeni rəis təyin edilib.

Hokm.az-ın yerli bürosunun əldə etdiyi məlumata görə, bu barədə Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis baş leytenantı  Devran Abuzərov  Gəncə şəhər 2 saylı polis şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsindən azad olunaraq Gəncə şəhər Baş Polis İdarəsinin 1 saylı polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

  •  (0)
  •  (0)